“Qəbələ”dən püşkə münasibət

“Qəbələ”dən püşkə münasibət
ÖLKƏ FUTBOLU 20 İyun 2018 / 14:38 4080
-  A +

“İlk dəfə bu komanda ilə qarşılaşacağıq. Rəqibi tanımırıq. Ona görə də indidən ciddi bir fikir bildirmək olmaz”.

Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin meneceri Zaur Əzizov deyib. Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə düşən əyalət klubunun rəsmisi püşkatmanı dəyərləndirib. Z. Əzizov bildirib ki, hər iki oyun çətin keçəcək:

“Sadəcə, bilirik ki, çox çətin oyunlar olacaq. Keçən il çempionatda üçüncü yeri tutmuş komanda bizi məğlub etmişdi. Bu klub isə mövsümü 2-cı sırada bitirib. İlk oyunu səfərdə keçirəcəyik. Amma bunu “Qəbələ” üçün üstünlük saymaq olmaz”.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı