“Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?

“Keşlə” Maksimovla nə vaxt müqavilə bağlayacaq?
GÜNDƏM 20 İyun 2018 / 12:51 2336
-  A +

Növbəti mövsümdə ölkəmizi Avroliqada təmsil edəcək “Keşlə” hazırlıqlara start verib.

Klubdan Qol.az-a verilən xəbərə görə, Yuri Maksimov ölkəsində olduğundan dünən “İnter Arena”da bir araya gələn komandanı məşqə Zaur İsmayılov çıxarıb. Ukraynalı mütəxəssis bu gün Bakıya gələcək və axşama nəzərdə tutulan hazırlıq prosesində komandanın başında olacaq. Baş məşqçi ilə yeni müqavilə isə yaxın 1-2 gün ərzində imzalanacaq.

“Keşlə” hazırlığa start versə,  tam heyətlə məşq edə bilmir. Kamran Ağayev, Slavik Alxasov və Sərtan Taşkın milli komandaların oyunları ilə əlaqədar toplanışa bir neçə gün gec qoşulacaqlar.

Qeyd edək ki, “Keşlə” 4 günlük Bakı toplanışını başa  vurduqdan sonra hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Ancaq komandanın hazırlıq planı hələ tam bilinmir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı