Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi

Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 20 İyun 2018 / 14:15 9379
-  A +

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşib.
 
Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə keçiriləcək.

Gümüş mükafatçı "Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.

Bürünc medalçı "Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

 

Daha çox


Son xəbərlər