“Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”

“Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”
DÇ-2018 20 İyun 2018 / 02:14 3034
-  A +

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Xuan Antonio Piççi Uruqvayla oyunun hazırlığından danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 50 yaşlı mütəxəssis dünya çempionatında keçirdikləri ikinci görüşdə qələbə qazanmağa çalışacaqlarını söyləyib:

“Rusiya ilə oyunun nəticəsinə tənqidi yanaşırıq. Həmin məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm. Amma vəziyyəti dəyişmək şansımız var. Uruqvayla görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Uruqvay millisinin üzvlərinin bizimlə görüşdə qələbə qazacaqlarını söyləmələri normaldır. Biz isə rəqiblə başabaş mübarizə apara biləcəyimizi göstərməyə çalışacağıq. Mundialdan öncə yoxlama görüşlərində komandam özünü yaxşı tərəfdən göstərdi. Səudiyyə Ərəbistanı istənilən komandaya qarşı oynaya bilər”.


 

Daha çox


Son xəbərlər