Yerro İranla oyundan danışdı

Yerro İranla oyundan danışdı
XƏBƏR 20 İyun 2018 / 01:50 3078
-  A +

İspaniya millisinin baş məşqçisi Fernando Yerro dünya çempionatının qrup mərhələsinin ikinci turunda İrana qarşı keçiriləcək oyundan danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, rəqibin standart vəziyyətlər zamanı çox güclü olduğunu bildirib:

“Biz rəqibi çox yaxşı öyrənmişik. Karluş Keyruşu da çoxdan tanıyıram. Onunla münasinətimiz yaxşıdır. Amma meydanda biz yox, oyunçular mübarizə aparacaq. İran millisi həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışlayır. Onlar seçmə mərhələdə 37 qol vurublar ki, bunun da 40 faizi standart vəziyyətdəndir.

Bu isə o deməkdir ki, rəqib nə etməli olduğunu çox yaxşı bilir. İran millisi fiziki cəhətdən də güclüdür. Mərakeşə qarşı necə oynadıqlarını gördük. Rəqibə hörmətlə yanaşırıq”.
Xatırladaq ki, B qrupunun ikinci turu çərçivəsində keçiriləcək İran - İspaniya oyunu sabah Bakı vaxtı ilə 22:00-da start götürəcək.

 

Daha çox


Son xəbərlər