“Tapşırığın öhdəsindən gəldik” - Çerçesov

“Tapşırığın öhdəsindən gəldik” -  Çerçesov
XƏBƏR 20 İyun 2018 / 01:30 3584
-  A +

Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov DÇ-2018-dəki ikinci oyunda Misir üzərində qazandıqları qələbədən (3:1) danışıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiklərini bildirib:

“Təbii ki, təəssüratlarım əladır. Tapşırığın öhdəsindən gəldik. Komandaya paltardəyişmə otağında nə dediyimi açıqlamaq istəməzdim.

Oyundan öncə məqsədimiz qələbə qazanmaq idi. Komandaya da tapşırıq buna uyğun verilmişdi. Artıq Moskvaya yollanırıq. Bundan sonra Uruqvayla oyuna hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər