“Bu matçlara yaxşı hazırlaşacağıq” - Aqolli

“Bu matçlara yaxşı hazırlaşacağıq” -  Aqolli
ÖLKƏ FUTBOLU 20 İyun 2018 / 00:58 2800
-  A +

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Qol.az-ın Ağdam klubunun “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, alban müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib:

“Rəqibimiz güclüdür. I təsnifat mərhələsi üçün çətin komandadır. Biz bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il "Maribor" Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdilər. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz.

Biz artıq hazırlıqlara başlamışıq, sabah da Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".

Daha çox


Son xəbərlər