Neymar məşqi yarımçıq tərk etdi

Neymar məşqi yarımçıq tərk etdi
DÇ-2018 19 İyun 2018 / 22:29 4985
-  A +

DÇ-2018-in qrup mərhələsinin 1-ci turunda İsveçrə ilə bərabərə (1:1) qalaraq 2 xal itirən Braziliya millisi növbəti xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın “TASS” agentliyinə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Neymar zədələnib. 26 yaşlı hücumçu bu günkü məşqə komanda ilə birlikdə çıxsa da, sağ ayağında ağrı hiss etdiyi üçün cəmi 5 dəqiqə sonra meydançanı tərk etməli olub.

Qeyd edək ki, dünənki məşqi də buraxan Neymar fərdi hazırlıqla kifayətlənmişdi.

Daha çox


Son xəbərlər