Rəşad Sadıqov püşkü dəyərləndirdi

Rəşad Sadıqov püşkü dəyərləndirdi
ÖLKƏ FUTBOLU 19 İyun 2018 / 18:47 6117
-  A +

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsininin püşkatmasını dəyərləndirib.

Qol.az-ın klubun "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, “Olimpiya”nın Sloveniyada ötən mövsümün çempionu olduğunu xatırladan müdafiəçi ehtiyatlı danışıb:

"Çətin iki oyun olacaq. "Olimpiya"nın gücü bəllidir, ölkəsinin çempionudur. Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".

Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə ilk oyunu iyulun 11-də səfərdə keçirəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Daha çox


Son xəbərlər