"Olimpiya"nın prezidenti "Qarabağ"dan danışdı

"Olimpiya"nın prezidenti "Qarabağ"dan danışdı
GÜNDƏM 19 İyun 2018 / 18:35 7710
-  A +

"Ən çətin rəqiblərdən biri ilə düşdük. “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi və uğurları var".

Qol.az-ın Sloveniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Olimpiya”nın prezidenti Milan Mandariç deyib.

Püşkün nəticəsinə münasibət bildirən 79 yaşlı futbol funksioneri bildirib: “Deyərdim ki, bu, son 10 ildə ən çətin oyunlarımızdan birinə çıxacağıq. “Qarabağ”la matç hansı səviyyədə olduğumuzu bilmək üçün yaxşı sınaq olacaq”.

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu iyulun 11-də Lyublyanada keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda olacaq.

Daha çox


Son xəbərlər