Argentina – Xorvatiya oyunu özbək hakimlərə tapşırıldı

Argentina – Xorvatiya oyunu özbək hakimlərə tapşırıldı
DÇ-2018 19 İyun 2018 / 18:27 3735
-  A +

DÇ-2018-in D qrupunun Argentina – Xorvatiya oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, matç Rövşən İrmatovun başçılıq etdiyi özbəkistanlı hakimlər briqadasına tapşırılıb. Təcrübəli referiyə Əbdülhəmidulla Rəsulov, Jaxongir Saidov (laysmanlar) kömək edəcəklər.

Həmin gün keçiriləcək Fransa – Peru qarşılaşmasını Məhəmməd Məhəmməd (Birləşmiş Ərəb Əmirliklər), Danimarka – Avstraliya görüşünü Antinio Losep (İspaniya) idarə edəcək.

Daha çox


Son xəbərlər