Messi, Dibala, di Mariya məşqi erkən tərk etdilər

Messi, Dibala, di Mariya məşqi erkən tərk etdilər
DÇ-2018 19 İyun 2018 / 10:49 5833
-  A +

Argentina millisinin futbolçuları Lionel Messi, Paulo Dibala və Anxel di Mariya komandanın məşqinin son hissəsində iştirak etməyiblər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onlar məşqi 20 dəqiqə erkən tərk ediblər. Argentina Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib ki, oyunçuların durumu yaxşıdır. Onlar məşqçinin qərarı ilə hazırlığı buraxıblar. Futbolçular masaj vasitəsi ilə bərpa proseduru keçmək üçün bu addım atılıb.

Qeyd edək ki, Argentina DÇ-2018-in qrup mərhələsinin ikinci turunda Xorvatiya ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər