"90 dəqiqə müdafiə olunduq" - Tunisin baş məşqçisi

"90 dəqiqə müdafiə olunduq" -  Tunisin baş məşqçisi
DÇ-2018 19 İyun 2018 / 02:40 3782
-  A +

Tunis millisinin baş məşqçisi Nabil Maalul DÇ-2018-in G qrupunda İngiltərəyə uduzduqları (1:2) oyun haqda fikirlərini bildirib.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, rəqibin daha üstün olduğunu etiraf edib:

“Ötən mətbuat konfransında demisdim ki, bizi ağır oyun gözləyir. Belə də oldu. İngiltərə yaxşı oynadı. Biz isə demək olar ki, 90 dəqiqə müdafiə olunduq. Rəqibin sürətli oyunçuları var. Xüsusən də Harri Keyn və Rahim Sterlinq

Tunis yığmasında ulduz futbolçu yoxdur. Bütün oyunçular mənim üçün eynidir. Hər bir görüşdə ən yaxşı oyunumuz göstərməyə çalışırıq”.


 

Daha çox


Son xəbərlər