"1:1 hesablı nəticəyə də sevinərdim" - Qaret Sautqeyt

"1:1 hesablı nəticəyə də sevinərdim" -  Qaret Sautqeyt
DÇ-2018 19 İyun 2018 / 02:15 4049
-  A +

“Oyun 1:1 hesabı ilə başa çatsa da, nəticəyə sevinərdim. Əvvəllər də bildirmişəm ki, əsas özünü meydanda göstərməkdir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in G qrupunda Tunisə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfrasnında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: “Hesab bərabərləşəndə komandamızda ümidsizlik yarandı. Ancaq düşünürəm ki, bir çox qol imkanı yaratdıq və gözəl oyun nümayiş etdirdik. Bəli, bizdə soyuqqanlılıq çatışmırdı. Bununla belə, oyun ənənəmizi qoruyub saxlaya bildik. Hücumda əla işlədik. Ev tapşırıqlarında komandam yaxşı təsir bağışladı”.

Daha çox


Son xəbərlər