“Atletiko” Qrizmann və Ernandeslə müqaviləni uzatdı – rəsmi

“Atletiko” Qrizmann və Ernandeslə müqaviləni uzatdı –  rəsmi
XƏBƏR 19 İyun 2018 / 02:00 2121
-  A +

“Atletiko” hücumçusu Antuan Qrizmann və müdafiəçisi  Lukas Ernandeslə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Qrizmann 2023-cü, Ernandes isə 2024-cü ilədək nəzərdə tutulan sözləşməyə imza atıb.

Eyni zamanda, Madrid klubu “Monako”nun yarımmüdafiəçisi Tomas Lemarı heyətinə cəlb etdiyini açıqlayıb. 

Qeyd edək ki, hər 3 fransız futbolçu hazırda Rusiyada milli komandanın düşərgəsindədir.

Daha çox


Son xəbərlər