Səudiyyə Ərəbistanının təyyarəsi alovlandı

Səudiyyə Ərəbistanının təyyarəsi alovlandı
DÇ-2018 19 İyun 2018 / 01:12 5101
-  A +

Səudiyyə Ərəbistanı millisini Uruqvayla oyun üçün Rostova aparan təyyarədə nasazlıq yaşanıb.

Qol.az-ın xəbərinə görə, havada olarkən mühərrikdə yaranan problem təyyarənin qanadının alışmasına səbəb olub.

Təyyarə təcili olaraq eniş edib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası açıqlama verərək, hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması iyunun 20-də “Rostov Arena”da keçiriləcək.

Daha çox


Son xəbərlər