"Qarabağ"ın rəqibi müəyyənləşdi

"Qarabağ"ın rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 19 İyun 2018 / 14:10 12108
-  A +

Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

Qol.az-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi 2-cü təsnifat mərhələsi üçün Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.


Çempionlar Liqası

I təsnifat  mərhələsi

 I qrup


“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan)

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Şerif” (Moldova)

“Şkendiya” (Makedoniya) - TNS (Uels)

“Suduva” (Litva) - APOEL (Kipr)

“Düdelanj” (Lüksemburq) - “Videoton” (Macarıstan)

Daha çox


Son xəbərlər