“Bu, bizim üçün yaxşı dərsdir” - Tite

“Bu, bizim üçün yaxşı dərsdir” -  Tite
XƏBƏR 18 İyun 2018 / 01:58 3821
-  A +

“Biz künc zərbələrindən çox qol buraxırıq? Rəqib bizim oyunçuya qarşı həmin epizod kobud oynamışdı. Mən bu cür epizodları fol adlandırıram”.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri Braziliya millisinin baş məşqçisi Tite İsveçrə ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Təcrübəli mütəxəssis nəticədən narazı qaldığını gizlətməyib:

“Bu, bizim üçün yaxşı dərsdir. Təbii ki, mən qələbə qazanacağımızı gözləyirdim. Nəticədən narazıyam. Amma anlamaq lazımdır ki, Braziliya kimi digər komanlar da qol vurmağı bacarır.

Oyunun üçdə ikisindən razı qaldım. Paulinyo özünü yaxı tərəfdən göstərə bilmədim. Bu cür hallarda əvəzetmə edirəm. Neymara qarşı çox yaxın oynasalar da, onun şansları oldu. İstənilən halda, ikinci qolu vura bilməməyimiz mənfi haldır”.

Son xəbərlər