Kolarova “Lada” hədiyyə edildi

Kolarova “Lada” hədiyyə edildi
XƏBƏR 18 İyun 2018 / 01:34 6139
-  A +

Kosta-Rika ilə oyunda vurduğu yeganə qolla Serbiya millisinə qələbə qazandıran Aleksand Kolarova xüsusi hədiyyə alıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Samara əyalətinin rəhbəri Dmitri Azarov təcrübəli müdafiəçiyə “Lada” avtomobili hədiyyə edib.

“Mən Kolarova “4х4” modelinin sertifikatını təqdim etdim. Bu, onun çox xoşuna gəldi. Düşünürəm ki, bu avtomobil sayəsində Kolarov daim bizim arenanı, vurduğu qolu xatırlayacaq” - deyə Azarov bildirib.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı