“Mən adam öldürməmişəm” – De Xeadan narazılıq

“Mən adam öldürməmişəm” – De Xeadan narazılıq
DÇ-2018 17 İyun 2018 / 20:25 5399
-  A +

İspaniya millisinin qapıçısı David de Xea bildirib ki, DÇ-2018-in Portuqaliyaya qarşı oyunundan (3:3) sonra azarkeşlərin dəstəyini hiss etmir.

De Xea həmin qarşılaşmada qolla nəticələnən səhv edib.

Qol.az “Marca”ya istinadən yazır ki, de Xea deyib: “Mən İspaniyadan böyük dəstək hiss etmirəm. Özümü tənqid edə bilərəm. Çox istərdim ki, çətin vaxtımda mənə dəstək verəydilər. Amma mən yalnız məşqçilərimin və komanda yoldaşlarımın dəstəyindən razıyam.

Futbolda belə hallar olur. Səhv etmişəm. Biz qapıçılar əlcəyimizi geyinib meydana çıxırıq. Bunun məsuliyyətinin nə qədər ağır olduğunun da fərqindəyik. Ümid edirəm ki, məşqçi və futbolçularımız məni dəstəkləməkdə davam edəcəklər. Təmkinimi qorumağa çalışacağam. Hər halda adam öldürməmişəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord