“Qrupdan çıxsaq, bir şüşə araq içəcəyəm”

“Qrupdan çıxsaq, bir şüşə araq içəcəyəm”
DÇ-2018 17 İyun 2018 / 19:30 7349
-  A +

Panama millisinin baş məşqçisi Ernan Dario Qomes bəyan edib ki, DÇ-2018-də qrup mərhələsini adlamaq üçün sona qədər mübarizə aparacaqlar.

Qol.az-ın xəbərinə görə, sabah Belçikaya qarşı keçiriləcək G qrupunun oyunu öncəsi mətbuat konfransında o deyib:

“Qrupdan çıxsaq, bir şüşə araq içməyə hazıram. Əlbəttə, bu, zarafatdır. Həqiqətdə isə biz peşəkarıq və yalnız oyunu haqda düşünürük. Saçımızı da qırxdıra bilərik, amma buna da etməyəcəyik”.

Qeyd edək ki, Panamanın G qrupunda Belçika ilə yanaşı rəqibləri İngiltərə və Tunis komandalarıdır.

Daha çox


Son xəbərlər