"Qəbələ" üçüncü oldu

XƏBƏR 15 May 2010 / 01:00 2048
-  A +

Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında sonuncu - XXXII turun oyunları baş tutub. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, doğma meydanda "Neftçi" klubunu məğlub edən "Qəbələ" mövsümü 3-cü pillədə başa vurdu. Sonuncu turda bu nəticələr qeydə alınıb:

"Qəbələ" 3:2 "Neftçi"
(Aqil Mirzəyev, 32; Tərzin Cahangirov, 43; Rəhman Musayev, 74 // Ağabala Ramazanov, 47; Rəşad Hüseynov, 86 (p.))

"Qarabağ" 3:2 "Bakı"
(Nodar Məmmədov, 38; Röyal Nəcəfov, 82; Qara Qarayev, 83 // Kamran İsmayılov, 9; Rəhman Hacıyev, 29)

"İnter" 1:1 "Muğan"
(Aleksandr Qross, 34 // Vüsal İsmayılov, 61)

"Standard" 0:8 "Olimpik-Şüvəlan"
(Aydın İslamov, 10; Orxan Səfiyaroğlu, 20; 80; Rasif Səfiyarov, 21; Bayram Hüseynov, 59; 87; Emin Ağaməmmədli, 60; Fuad Cəfərov, 85)

"Turan" 3:1 "Simurq"
(Tuqay Alhüseynli, 38; Azər Məmmədov, 51; Emin Müsəllimli, 73 // Nizami Emreli, 86)

"Xəzər Lənkəran" 4:1 "Karvan"
(Amid Hüseynov, 20; 37; 70; Rəşad Əlizadə, 88 // Elnur Heydərov, 8)
 
 
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki