Misirin qapıçısı mükafatdan imtina etdi – dini baxışına görə

Misirin qapıçısı mükafatdan imtina etdi – dini baxışına görə
GÜNDƏM 17 İyun 2018 / 15:45 6564
-  A +

Misir millisinin qapıçısı Məhəmməd Əl-Şenavi DÇ-2018-in Uruqvayla matçı üçün layiq görüldüyü oyunun ən yaxşı futbolçusu mükafatından imtina edib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun dini baxışları səbəb olub.

Misirli oyunçu Uruqvaya 0:1 hesabı ilə uduzduqları görüşdə qapıya gələn dörd zərbəni zərərsizləşdirə bilib. Misir 90-cı dəqiqədə buraxdığı yeganə qolla uduzub.

Müsəlman qolkiper görüşün ən yaxşı oyunçusu seçilsə də, mükafatı qəbul etməyib. Mükafatı təsis edənin alkoqol şirkəti olması qapıçının belə qərar verməsinə gətirib çıxarıb.

Daha çox


Son xəbərlər