"İslandiya 10 nəfərlə müdafiə olunsa belə, tənqid edilməməlidir" - Mourinyo

"İslandiya 10 nəfərlə müdafiə olunsa belə, tənqid edilməməlidir" - Mourinyo
DÇ-2018 17 İyun 2018 / 11:45 4242
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo DÇ-2018-in iştirakçılarından olan İslandiya millisi barədə fikirlərini açıqlayıb.

Qol.az-ın “Russian.rt” saytına istinadən yaydığı xəbərə görə, islandların Argentina ilə matçından (1:1) sonra o deyib ki, bu komanda üzərində təzyiq hiss etmir.

- İslandiya millisi ilə azarkeşləri arasındakı münasibətlər haqda nə deyə bilərsiniz? Belə görünür ki, onların məşqçilərinə və futbolçularına böyük inamı var.

- İslandiya xüsusi ölkədir. Mən hesab edirəm ki, komandaları çox rahatdır və təzyiq hiss etmirlər. Onlar sadəcə mundialda iştirakları üçün şaddılar və ölkələrini təmsil etmələri ilə fəxr edirlər.
İslandiya öz cərimə meydançasında hətta on nəfərlə müdafiə olunsa belə, heç kim bu komandanı tənqid etməməlidir. Onlar üçün istənilən nəticə uğurdur. Əgər qalib gəlsələr, vətənlərinə qəhrəman kimi dönəcəklər. Bu, futbolda əsl ruh deməkdir.

- Sizcə, İslandiya “pley-off”a çıxa bilər?

- Hesab edirəm ki, mənim proqnozlarımın əksinə olaraq, bu mümkündür. Onların qrupdan çıxmayacağını söyləmişdim. Argentinaya gəlincə, bundan sonrakı matçlarda qalib gəlməlidir.

Daha çox


Son xəbərlər