Braziliyanın ilk oyununa kapitan təyin edildi

Braziliyanın ilk oyununa kapitan təyin edildi
DÇ-2018 17 İyun 2018 / 09:57 3933
-  A +

Braziliya millisini DÇ-2018-in İsveçrəyə qarşı matçına kapitan kimi “Real”ın müdafiəçisi Marselo çıxaracaq.

Qol.az-ın “Sovetski sport”a istinadən yaydığı xəbərə görə, Marselo dünən keçirilən mətbuat konfransında “Real”da vitse-kapitan olduğunu xatırladaraq təcrübəsinin Braziliyaya kömək edəcəyini söyləyib: “Kapitan təyin edilməyimdən məmnunam. Bu, mənim uşaqlıq arzum idi”.

Braziliya millisinin baş məşqçisi Tite bir neçə gün əvvəl bəyan edib ki, hazırkı kapitan Neymar zədəsini tam sağaltmayıb.

Xatırladaq ki, E qrupunun Braziliya – İsveçrə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Daha çox


Son xəbərlər