"Penaltini vura bilmədiyim üçün təəssüflənirəm" - Messi

"Penaltini vura bilmədiyim üçün təəssüflənirəm" - Messi
DÇ-2018 16 İyun 2018 / 21:44 4530
-  A +

"Meydana qələbə üçün çıxmışdıq. İlk qolu vurduq. Ancaq İslandiya hesabı bərabərləşdirdikdən oyun dəyişdi. Rəqib müdafiədə çox yaxşı idi. Buna görə boşluqlar tapa bilmədik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi İslandiya ilə oyunu (1:1) şərh edərkən deyib.

Penaltini düzgün yerinə yetirə bilməyən 30 oyunçu bildirib: "Qol vurmaq üçün şansımız var idi, ancaq mən ondan istifadə edə bilmədim. Buna görə təəssüflənirəm. Qələbəyə layiq idik. Amma bu, dünya çempionatıdır. Burada heç kəs asan təslim olmur. İndi növbəti matçı düşünməliyik".

 

Daha çox


Son xəbərlər