Qardaş qardaşı əvəzlədi - mundial tarixində ilk

Qardaş qardaşı əvəzlədi -  mundial tarixində ilk
DÇ-2018 16 İyun 2018 / 15:00 7743
-  A +

Dünya çempionatının ilk turunda ötən gün keçirilən Mərakeş - İran oyunu (0:1) maraqlı hadisə ilə yadda qalıb.

Qol.az-ın xəbərinə görə, oyunda dünya çempionatları tarixində bir ilk yaşanıb.

Mərakeş yığmasında start heyətdə meydana çıxan Nordin Amrabat matçın sonuna yaxın ağır zədə alıb və əvəzlənmək məcburiyyətində qalıb. Onu görüşün 75-ci dəqiqəsində qardaşı Sofyan Amrabat əvəz edib. İndiyədək mundial tarixində qardaşın qardaşı əvəzləməsi fakt qeydə alınmayıb.

Qeyd edək ki, hər ikisi yarımmüdafiəçi olan Amrabat qardaşlarından Nordinin 31, Sofyanın isə 21 yaşı var.

Daha çox


Son xəbərlər