Ronaldo het-trik etdiyi oyundan danışdı

Ronaldo het-trik etdiyi oyundan danışdı
GÜNDƏM 16 İyun 2018 / 11:50 6312
-  A +

“Bu het-trik karyeramın əhəmiyyətli şəxsi göstəricilərindən biridir. Çox sevincliyəm. Komanda vacib olanı etdi. Favorit yığmaya qarşı oynayırdıq. Matçda 2 dəfə önə keçdik. Lakin üstünlüyümüzü qoruya bilməyib, geri düşdük. Heç-heçə ədalətli nəticədir. İndi növbəti matça köklənməliyik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2018-in qrup mərhələsində İspaniya ilə heç-heçə etdikləri oyunu (3:3) şərh edərkən deyib.

 Het-trikə imza atan 33 yaşlı hücumçu  mundialdakı şanslarını da dəyərləndirib: “Qrupdan çıxmağa çalışağıq. Bu, çətin olacaq. Favorit deyilik, amma namizədlərdən biriyik. Mərakeşlə oyun bizim üçün əhəmiyyətli olacaq".   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı