Qullit Vaqif Cavadovun məşqçisi ola bilər

Qullit Vaqif Cavadovun məşqçisi ola bilər
XƏBƏR 14 May 2010 / 18:34 2000
-  A +

1980-ci illərin ünlü futbolçusu Ruud Qullit Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın «Tvente» klubunun baş məşqçisi ola bilər. Qol.Az-ın Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, Qullitin adı Enshede klubunun baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır.
Xatırladaq ki, Cavadovun «Tvente»yə keçməsində xüsusi rolu olan ingiltərəli Stiv Maklaren bu günlərdə Enshede təmsilçisini tərk edərək Almaniyanın «Volfsburq» klubu ilə müqavilə imzalayıb.


Son xəbərlər