Avstriya – Azərbaycan matçının yeri müəyyənləşdi

XƏBƏR 14 May 2010 / 18:11 1672
-  A +

Millimizin AÇ-2012-nin seçmə mərhələsində Avstriya ilə keçirəcəyi səfər qarşılaşmasının yeri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu il oktyabrın 8-də baş tutacaq görüş paytaxt Vyanada keçiriləcək. Bu barədə açıqlama verən Avstriya Futbol İttifaqının baş direktoru Alfred Lyudviq bildirib ki, yığmamızla oyunun ölkənin ən nüfuzlu arenalarından olan “Ernst Happel”də keçirilməsinə qərar verilib. Qeyd edək ki, 48 min 844 tamaşaçı tutan paytaxt arenası Avstriyada ən böyük stadiondur. Bir müddət əvvələdək yığmamızla İnsbruk və ya Zalsburqda görüşmək haqda düşünən avstriyalılar sonda paytaxta üstünlük verib. Sentyabrın 7-də Qazaxıstanla oyunu isə onlar Zalsburqda keçirəcək. Oktyabrın 8-də keçiriləcək matçın başlama saatı xeyli əvvəl dəqiqləşmişdi. Vyanadakı matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Son xəbərlər