Ələkbər Məmmədovun yubiley tədbirləri keçirilib

Ələkbər Məmmədovun yubiley tədbirləri keçirilib
XƏBƏR 14 May 2010 / 18:05 1856
-  A +

Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, SSRİ idman ustası, SSRİ-nin əməkdar məşqçisi, «Şöhrət» ordeni ilə təltif olunmuş professor Ələkbər Məmmədovun 80 illik yubileyi münasibətilə AFFA-nın təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib. Qol.Az-ın məlumatına görə, öncə AFFA rəhbərliyi, «Neftçi» klubunun veteranları və yubiley tədbirlərində iştirak etmək üçün Bakıya dəvət olunmuş SSRİ yığmasının üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyublar. Sonra tədbir iştirakçıları görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Şəhidlər Xiyabanında olan tədbir iştirakçıları şəhidlərin xatirə kompleksinə əklil qoyublar.
Daha sonra 239 saylı orta məktəbin şagirdləri üçün veteran futbolçular tərəfindən master-klass keçilib.
Yubiley tədbirləri çərçivəsində «Şəfa» stadionunda «Neftçi» klubunun veteranları ilə SSRİ yığması arasında yoldaşlıq oyunu təşkil olunub. Topa ilk toxunuşun Ələkbər Məmmədov tərəfindən edildiyi qarşılaşma 3:3 hesabı ilə başa çatıb. «Neftçi»nin hər üç qolunu Vəli Qasımov vurub. SSRİ yığmasının heyətində Sergey Kiryakov dubl edib, digər qolun müəllifi isə Arkadi Belıy olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın