“Qarabağ”ın legionerindən Çerçesova təbrik

“Qarabağ”ın legionerindən Çerçesova təbrik
DÇ-2018 15 İyun 2018 / 15:20 4500
-  A +

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Rusiya millisinin dünya çempionatının açılış oyununda Səudiyyə Ərəbistanı üzərində 5:0 hesablı qalibiyyətinə biganə qalmayıb.

Qol.az-ın məlumatına görə, polşalı futbolçu şəxsi “İnstagram” hesabından yığmanın baş məşqçisi Stanislav Çerçesovun şəklini paylaşaraq, onu qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, Jezniçak 2015-2016 mövsümündə “Legiya”da məhz S. Çerçesovun başçılığı altında oynayıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı