Xames Rodriges ilk oyunu buraxa bilər – DÇ-2018

Xames Rodriges ilk oyunu buraxa bilər – DÇ-2018
DÇ-2018 15 İyun 2018 / 14:27 2584
-  A +

Kolumbiya millisi dünya çempionatının qrup mərhələsinin ilk turunun Yaponiya ilə oyunu öncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü Xames Rodriges zədələnib. Son məşqdə iştirak etməyən yarımmüdafiəçinin yığmasının mundialdakı ilk matçında meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir.

Rodrigesdən əlavə, Vilmar Barriosun da yaponlara qarşı oynaması sual altındadır.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Kolumbiya və Yaponiya milli komandalarının görüşü iyunun 19-da keçiriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı