"Neftçi"dən növbəti transfer - rəsmi

"Neftçi"dən növbəti transfer - rəsmi
XƏBƏR 15 İyun 2018 / 10:31 6592
-  A +

"Neftçi" daha bir transferini həyata keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu "Şiroki Briyeq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı