"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı" - Aqolli

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı" - Aqolli
ÖLKƏ FUTBOLU 15 İyun 2018 / 09:47 3629
-  A +

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm".

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Ansi Aqolli klubu ilə yeni müqavilə imzalamasına özünün "Feysbuk" səhifəsi vasitəsi ilə münasibət bildirərkən deyib.

Ağdam klubu ilə müqavilənin müddətini 1 il uzadan 36 yaşlı müdafiəçi  bu mövsüm geridə qalan 8 ildə göstərdiyi performansın eynisini təkrarlamaya çalışacağına söz verib: " Keçən ilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, A.Aqolli 2010-cu ildən “Qarabağ”da oynayır.

Daha çox


Son xəbərlər