“Desəm ki, belə hesab gözləyirdim, yalan olar” - Səmədov

“Desəm ki, belə hesab gözləyirdim, yalan olar” -  Səmədov
XƏBƏR 15 İyun 2018 / 00:24 2928
-  A +

Rusiya millisinin yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2018-in açılışında Səudiyyə Ərəbistanı üzərində qazandıqları 5:0 hesablı qələbəni şərh edib.

Qol.az xəbər verir ki, əslən azərbaycanlı futbolçu bu cür böyükhesablı qələbə gözləmədiyini bildirib:

“Bu qələbədən sonra arxayınlaşmağa dəyməz. Qarşıda vacib oyunlarıməz var. Desəm ki, belə hesab gözləyirdim, yalan olar.

Erkən qol vurmağı çox istəyirdik. Bunu bacardıq. Ardınca ikinci dəfə fərqləndik ki, bu, əla idi. Biz elə komandayıq ki, qələbədən sonra rahatlaşa bilmərik”.

 


Son xəbərlər