Quus Hiddink heyəti açıqladı

Quus Hiddink heyəti açıqladı
DÜNYA FUTBOLU 14 May 2010 / 16:54 2644
-  A +

Türkiyə komandasının baş məşqçisi Quus Hiddink milliyə çağıracağı futbolçuların adlarını açıqlayıb. Qol.Az-ın qardaş ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, Bu ayın sonlarında ABŞ-da 10 günlük təlim-məşq toplanışında Quus Hiddink ilk dəfə Türkiyə millisinin başında olacaq. Diqqət çəkən məqam Hiddinkin Rusiyada legioner həyatı yaşayan və formada olan oyunçu Gökdəniz Qaradənizi milliyə çağırmamasıdır. Çağırılacaq oyunçular bunlardır:
Sabri Sarıoğlu, Sərvət Çətin, Gökan Zan, Hakan Balta, Caner Ərkin, Arda Turan («Qalatasaray»), Semih Şəntürk, Əmrə Bələzoğlu, Məhmət Topuz, Volkan Dəmirəl, Səlcuk Şahin («Fənərbaxça»), İbrahim Toraman, Nəcib Uysal, Nihat Qəhvəçi («Beşiktaş»), Səlcuq İnan, Ceyhun Gülsalam, Onur Kıvrak, («Trabzonspor»), Ömər Ərdoğan, Ozan İpək, Sərcan, Volkan Şən («Bursaspor») Tuncay Şanlı («Stok Siti») Həmid Altıntop («Bavariya»), Xəlil Altıntop («Şalke»), Nuri Şahin («Dortmund»), Mövlud Ərdinc («PSG»), Kazım Kazım,  Məhmət Aurelio («Real Betis»).
Gökan Gönül və Özər Xurmaçı zədəli olduğu üçün milliyə çağırılmayıblar.
Qeyd edək ki, Türkiyə Çexiya, Şimali İrlandiya və ABŞ-la 3 hazırlıq matçı oynayacaq.


 


Son xəbərlər