"Millidə ciddi məsuliyyət olmayacaq, çünki mən orda yoxam" - İbrahimoviç

"Millidə ciddi məsuliyyət olmayacaq, çünki mən orda yoxam" - İbrahimoviç
DÇ-2018 14 İyun 2018 / 13:16 3806
-  A +

“Dünya çempionatında oynamaq üçün hər şeyi edərdim. Amma əminə ki, bu turnirə də ən yaxşı futbolçular toplaşıb. Bir neçə il öncə mundialda iştirak etmişəm və həmin anları gözəl xatırlayıram: öz ölkəsini dünya çempionatında təmsil etmək bir futbolçunun karyerasında ola biləcək ən yaxşı hadisədir. Bu xatira mənim üçün şərəf və sevincdir, həmişəlik mənimlədir”.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç deyib. Mundialı izləmək üçün qonşu ölkədə olan 36 yaşlı forvard yığmadan kənarda qalmasının səbəblərini açıqlayıb:

“Milli komandada oynayan futbolçularla deyil, federasiyada çalışan insanlarla konfliktim olub. Yığmada kimin baş məşqçi olacağını onlar həll edirlər. İsveç millisi haqda nə deyə bilərəm? Sadəcə, oyundan zövq alın. Mən olmadığım üçün stress də olmayacaq. Düşünürəm ki, yığmanın hazırda elə bir məsuliyyət yükü yoxdur. Çünki mən komandada deyiləm. Mən oynayanda hər oyunda qalib gəlməyə borclu idik. Bu, mənim qanımda var ki, hamını udmaq istəyirəm. Misal üçün, niyə Almaniyanı maşın adlandırırlar? Çünki həmişə yaxşı oynayırlar, fantastik futbolçuları var. Məncə, hər bir komandada onu gücləndirə bilən ulduz olmalıdır. Ona görə də Almaniya favorit hesab olunur. Bu komandanın statusu heç kimi təəccübləndirmir”.

Daha çox


Son xəbərlər