"Qarabağ"a ən çox qolu... Qurban Qurbanov vurub!

XƏBƏR 14 May 2010 / 14:51 2025
-  A +

Sabah Unibank Premyer Liqasının sonuncu turu start götürəcək. Qol.Az-ın məlumatına görə, Azərbaycan derbisində “Qarabağ” “Neftçi”nin qonağı olacaq. Şübhəsiz bütün çempionatların iştirakçılarının dueli hər zaman maraq doğurub. 18 illik dönəmdə 53 dəfə qarşılaşan rəqiblərin dueli daim gəriginliyi ilə seçilib. Amma son illərdə Ağdam təmsilçisinin rəqibi önündə üstünlüyü diqqət çəkir. Axırıncı dəfə 2007-ci ilin aprelin 27-də Suraxanı qəsəbə stadionunda əzəli və əbədi rəqibinə məğlub olan ağdamlılar gündən sonra 9 oyunda rəqibinə qələbə sevinci yaşatmamaqla yanaşı cəmi bir dəfə qapısında qol görüb.

“Neftçi” – “Qarabağ” duelləri ilə bağlı maraqlı faktlar:

* İndiyə kimi tərəflər arasında 53 oyun keçirilib
* 53 oyunda “Qarabağ” 16, “Neftçi” 15  qələbə qazanıb. 21 oyun heç-heçə nəticələnib

* 53 oyunda “Neftçi” 48, “Qarabağ” isə 40 qol vurub

* “Qarabağ” “Neftçi”yə 1114 gündü məğlub olmur

* Əzəli derbidə “Qarabağ” 6 oyundu qapısında qol görmür

* “Qarabağ” – “Neftçi” duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8)

* “Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur (5)

* “Neftçi” sonuncu dəfə “Qarabağ”ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə Georgiya Adamiya imza atıb.

* Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)

* Derbini ən çox Xəqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (6)

Qeyd: Bu araşdırma “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinindir.


Son xəbərlər