İspaniya millisində şok - Lopeteqi qovuldu

İspaniya millisində şok - <b style="color:red"> Lopeteqi qovuldu</b>
DÇ-2018 13 İyun 2018 / 14:31 7662
-  A +

Dünya çempionatının başlanmasına bir gün qalmış İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.

Qol.az-ın məlumatına görə, bunu Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.

“Real”ın ən yaxşı baş məşqçini almaq istədiyini anlayıram. Ancaq milli komanda bütün İspaniyanındır. Bu cür davam etmək olmaz. Lopeteqi bizim xəbərimiz olmadan “Real”la müqavilə imzalayıb. Bunu xəyanət hesab etmirəm, ancaq belə qərar verməli idik. Bu cür davranış qəbulolunmazdır. Lopeteqi ilə yolları ayırmağa məcbur olduq" - deyə Rubiales bildirib.

Qeyd edək ki, ötən gün Lopeteqinin dünya çempionatının ardından “Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı.

Əlavə edək ki, Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.
 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə