Qrizmann istədi, "Atletiko" aldı - İddia

Qrizmann istədi, "Atletiko" aldı - İddia
DÜNYA FUTBOLU 13 İyun 2018 / 13:55 7539
-  A +

Fransa millisinin üzvü Antuan Qrizmannla bağlı yeni iddia ortaya atılıb.

Qol.az-ın “L`Equip” nəşrinə istinadən yaydığı xəbərə görə, 27 yaşlı futbolçunun “Atletiko”da qalmağa meylli olduğu bildirilib. İddiaya görə, Qrizmann növbəti mövsümdə əsas titullar uğrunda mübarizə apara bilmək üçün rəhbərlikdən komandanın gücləndirilməsini xahiş edib. O, yalnız bu halda komandada qala biləcəyini bildirib.

“Atletiko”nun Fransa millisinin üzvü Toma Lemarı transfer etməsi də məhz bu amillə əlaqələndirilir.

Qeyd edək ki, hazırda “Barselona”nın da transfer gündəmində olan Qrizmannın yekun qərarını dünya çempionatından sonra açıqlayacağı gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord