Şeydayevin transferinin yubanma səbəbi bilindi

Şeydayevin transferinin yubanma səbəbi bilindi
ÖLKƏ FUTBOLU 13 İyun 2018 / 10:55 7125
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidinin ləngimə səbəbi müəyyənləşib.

Qol.az-ın yerli mətbuata istinadən məlumatına görə, Avstriya təmsilçisi 22 yaşlı hücumçunun transfer vərəqəsini gözləyir. Müqavilə ilə “Trabzonspor”a məxsus olan R.Şeydayevin transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən “Mattersburq”un oyunçusu olacaq. Avstriya mətbuatı bunun zaman məsələsi olduğunu yazıb.

Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə