"Fənərbaxça"nın futbolçusu Ərəbistan klubunda

"Fənərbaxça"nın futbolçusu Ərəbistan klubunda
XƏBƏR 12 İyun 2018 / 21:35 5200
-  A +

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Fernandao ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubunda davam etdirəcək.

Qeyd edək ki, braziliyalı futbolçu 2015-ci ildən İstanbul klubunda çıxış edirdi. Ötən mövsüm uzun müddət zədədən əziyyət çəkən Fernandao Superliqada 18 oyuna çıxıb və 9 qol vurub.

Son xəbərlər