Qrizmann vədinə əməl etmədi

Qrizmann vədinə əməl etmədi
XƏBƏR 12 İyun 2018 / 18:18 7825
-  A +

“Atletiko”nun hücumçusu Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlamağa tələsmir.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu gün “Atletiko”da qalıb-qalmayacağı ilə bağlı qərarını açıqlayacağını bildirən 28 yaşlı futbolçu vədinə əməl etməyib. Hazırda dünya çempionatı üçün Fransa millisi ilə Rusiyada olan forvard mətbuat konfransında qərarını hələlik gizli saxlamağı məqsədəuyğun saydığını bildirib:

“Hamınızdan üzr istəyirəm. Başa düşürəm, məndən karyeramla bağlı xəbər gözləyirdiniz. Qərarımı verdim, amma onu bu gün açıqlamayacağam”.

Qeyd edək ki, “Barselona”ya keçidi gündəmdə olan Qrizmann son qərarını bu gün açıqlayacağını demişdi.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord