Zidan Fransa millisini çalışdıracaq? - açıqlama

Zidan Fransa millisini çalışdıracaq? - açıqlama
DÜNYA FUTBOLU 12 İyun 2018 / 12:03 5986
-  A +

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisini çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın "L'Equipe"yə istinadən verdiyi məlumata görə, o, hələlik yığmada işləmək fikrinin olmadığını deyib: "Hazırda ən vacib olan Fransa millisini dünya çempionatında dəstəkləməkdir. Hələlik yığmada işləmək fikrim yoxdur. Bir az istirahət etməli və özümə gəlməliyəm.Fransa yığmasına azarkeşlik edəcəm. Komandanın ikinci dəfə dünya çempionu olmasını istəyirəm”.

Qeyd edək ki, Fransa millisini hazırda Didye Deşam çalışdırır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı