"Mundialın qalibi ola bilərik" - Rakitiç

"Mundialın qalibi ola bilərik" - Rakitiç
DÇ-2018 12 İyun 2018 / 10:15 3218
-  A +

Xorvatiya millisinin futbolçusu İvan Rakitiç mundialdakı şanslarını dəyərləndirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komandasının DÇ-2018-in kubokunu qazana biləcəyini deyib: "Biz hazırda Nigeriya ilə birinci matça köklənməliyik və sonra qrupdan çıxmaq haqda düşünməliyik. Yaxşı oynasaq, dünya çempionatının kubokunu qazana bilərik. Komandamızda təcrübəli oyunçular var. Əla komandaya sahibik".

Qeyd edək ki, Xorvatiya mundialda Nigeriya, Argentina və İslandiya ilə eyni qrupda oynayacaq.

Daha çox


Son xəbərlər