"Xəzər Lənkəran", "Bakı" və "Olimpik-Şüvəlan"ın futbolçuları millimizə qarşı

"Xəzər Lənkəran", "Bakı" və "Olimpik-Şüvəlan"ın futbolçuları millimizə qarşı
XƏBƏR 14 May 2010 / 12:10 2343
-  A +

Mayın 26-da keçiriləcək yoldaşlıq oyununda millimizlə qarşılaşacaq Moldova yığmasının heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Qabi Balint Avstriyada keçiriləcək təlim-məşq toplanışı və yoxlama matçlarında 22 futbolçuya güvənəcək.
Maraq üçün qeyd edək ki, həmin oyunçuların 6-sı Azərbaycan klublarında çıxış edənlərdir. Baş məşqçi “Bakı”dan 3, “Olimpik-Şüvəlan”dan 2, “Xəzər Lənkəran”dan isə 1 oyunçunu sərəncamında görmək istəyib. Son ölkə çempionunun üzvlərindən Vadim Borets, Aleksey Savinov və Vyaçeslav Sofroni millimizə qarşı forma geyinə bilər. “Olimpik-Şüvəlan”lılar Sergey Laşenkovla Anatoli Doroş, həmçinin “Xəzər Lənkəran“ın legioneri Denis Kalinkov da siyahıya daxil edilib. Tam heyət isə belədi:
Qapıçılar: Stanislav Namaşko ("Kuban": Rusiya), Artyom Qaydukeviç ("İskra-Stal"); müdafiəçilər: Aleksandr Epuryanu ("Dinamo" Moskva, Rusiya), Vadim Borets, Aleksey Savinov (hər ikisi "Bakı", Azərbaycan), Vadim Boloxan ("Zakarpatye", Ukrayna), Semyon Bulqaru ("Viborq", Danimarka), Sergey Qafina ("İskra-Stal"), Sergey Laşenkov ("Olimpik-Şüvəlan", Azərbaycan), Oleq İkim ("Neman", Belarus); yarımmüdafiəçilər: Andrey Kojokar ("MOİK-Rapid"), Aleksandr Onika ("Vorskla", Ukrayna), İqor Sıqırlaş ("Metallurq" Zaporojye, Ukrayna), Aleksandr Suvorov ("Krakoviya", Polşa), Nikolay Josan ("Anji", Rusiya), Yevgeni Çebotaru ("Çaxlaul", Rumıniya), Denis Kalinkov ("Xəzər-Lənkəran", Azərbaycan), Denis Zmeu ("Vasluy", Rumıniya); hücumçular: Sergey Dadu ("Alaniya", Rusiya), Anatoli Doroş ("Olimpik-Şüvəlan", Azərbaycan), Vyaçeslav Sofroni ("Bakı"), Yevgeniy Sidorenko ("Zimbru").


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı