“Bakı” Lənkərana yola düşdü

“Bakı” Lənkərana yola düşdü
XƏBƏR 14 May 2010 / 12:01 1725
-  A +

Unibank Premyer Liqasının sonuncu – 32-ci turunda səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq “Bakı” qarşıdakı matçın hazırlığını davam etdirir. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, komanda üzvləri dünən axşam saatlarında oyunöncəsi Bakıda son məşqinə çıxıb. Klubun bazasında baş tutan və iki saata yaxın davam edən hazırlıq prosesində futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğu bildirilir. Bərpa prosesi keçən Fabio Luis Ramim və Gürşat Duymuş yenə də komandadanm ayrı çalışıblar. Son turda çiynindən zədə alan Vyaçeslav Sofroni isə artıq komanda ilə birgə məşq edir. Bu gün səhər saatlarında Lənkərana yola düşən “Bakı” oyunqabağı son məşqinə axşam - saat 18:00-da matçın keçiriləcəyi Lənkəran şəhər stadionunda çıxacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Bakı” oyunu saat 17:15-də start götürəcək. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı