“Qəbələ” Sloveniyada 4 yoxlama oyunu keçirəcək

“Qəbələ” Sloveniyada 4 yoxlama oyunu keçirəcək
ÖLKƏ FUTBOLU 11 İyun 2018 / 02:29 2433
-  A +

“Qəbələ”nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2017/18 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan komanda iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək “qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaq.

“Qəbələ” UEFA Avropa Liqası ilə start verəcəyi 2018/19 mövsümünün hazırlığını Sloveniyada davam etdirəcək. İyunun 20-də bu ölkəyə yollanacaq “Qəbələ” təlim-məşq toplanışını iyulun 7-dək sürdürəcək. Bu müddətdə komanda 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki