Messi milli karyerasından danışdı

Messi milli karyerasından danışdı
DÇ-2018 10 İyun 2018 / 23:02 5403
-  A +

Lionel Messi DÇ-2018-dən sonra Argentina millisində karyerasını başa vuracağının mümkünlüyü haqda sualı cavablandırıb.

Qol.az-ın xəbərinə görə, İspaniyanın “Sport” nəşrinə müsahibəsində o deyib ki, hər şey komandanın mundildaki nəticələrindən asılı olacaq.

“Biz üç finalı uduzmuşuq. Buna görə də Argentina mediası ilə münasibətlərdə hardasa çətinliklər yaranıb. Finala çıxmaqla bağlı baxışlarımız fərqlənir. Amma belə qarşılaşmalara kimi gəlmək asan deyil. Dünya çempionatında xeyli yaxşı futbolçu olacaq. Argentina millisində də keyfiyyətli oyunçular az deyil. Hər bir milli o cür futbolçusunun olmasını istəyərdi” – deyə Messi bildirib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı